Şrift:
Donald Tramp İranla danışıqlar üçün şərtlərini açıqlayıb
27.05.2019 [10:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ prezidenti Donald Tramp İranla danışıqlar üçün şərtlərini açıqlayıb.

Bu barədə Çinin CGTN telekanalı məlumat yayıb. Bildirilir ki, ABŞ prezidenti Yaponiyaya səfəri çərçivəsində imperator Sindzo Abe ilə görüşündən sonra bu barədə danışıb və deyib ki, əgər İran ABŞ-la danışıqlara başlamaq istəsə, o, bu təklifə müsbət cavab verəcək: “Heç kəs dəhşətli hadisələrin baş verməsini istəmir”.

Qeyd edək ki, Yaponiya imperatoru S.Abe iyunun 12-14-də İrana səfər edə bilər. Yaponiya hökumət başçısının İrana son səfəri 1978-ci ildə həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 251 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed