Şrift:
"Qalatasaray" klubu Fateh Tərimlə yeni müqavilə imzalayıb
27.05.2019 [11:40] - İdman
Mayın 25-də İstanbulun "Qalatasaray" klubu çempionluğunu qeyd edib.

Bununla bağlı təşkil olunan mərasimdə klub rəhbərliyi baş məşqçi Fateh Tərim ilə beş illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Qalatasaray" Türkiyə Superliqasında ilk dəfə 34 turda 69 xal toplayaraq ən az xalla çempion olan komanda kimi tarixə düşüb.

Xatırladaq ki, Fateh Tərim 2017-ci ildən İstanbul klubunu çalışdırır.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed