Şrift:
Bütöv Azərbaycan Mühafizəkarları Fərəc Quliyevlə görüş keçirib (video)
27.05.2019 [14:53] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bütöv Azərbaycan Mühafizəkarları Təşkilatının təşəbbüsü ilə 25.05.2019 tarixində Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə görüş keçirilib. MDHP-nin Mərkəzi Qərərgahında keçirilən görüşdə məqsəd istiqlalçı deputat, Bütöv Azərbaycançılıq və Turançılıq məfkurəsinin liderlərindən olan F.Quliyevlə ictimai-siyasi vəziyyətin müzakirəsi və təşkilatın ideoloji fəaliyyəti ilə bağlı tövsiyyələri dinləmək olub.
Görüşün məqsədinə uyğun olaraq, partiya sədri ideoloji hədəflər və mövcud ictimai siyasi vəziyyətlə bağlı görüş iştirakçıları qarşısında çıxış edib və ən müxtəlif mövzularla bağlı verilən sualları cavablandırıb. O, şəxsi və sədri olduğu partiyanın imkanları çərçivəsində BAMT-nın fəaliyyətinə dəstək verməyə hazır olduğunu bildirib.
Görüş iştirakçıları millət vəkilindən arzusunda olduqları təklifləri Milli Məclisdə qaldırmasını xahiş ediblər. F.Quliyev də öz növbəsində bütün təkliflərə ciddi əhəmiyyət verdiyini və təqdim olunan təklifləri məmnuniyyətlə qəbul etdiyini bildirib. O, həm də bunu millət vəkilinin borcu adlandırıb.
Sonda F.Quliyev keçirilən görüşdən məmnunluğunu bildirib və BAMT-na fəaliyyətində uğurlar arzulayıb. Görüş iştirakçıları da öz növbələrində təşəbbüslərinin qiymətləndirilməsi və onlara verilən dəyərə görə təşəkkürlərini bildiriblər.
BAMT-nın F.Quliyevlə keçirdiyi həmin görüşün videosunu tqədim edirik:


Bu xəbər oxucular tərəfindən 495 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed