Şrift:
Ufuk Aydın:”Azərbaycan Xalq Cümhuriyyəti türk tarixinin şanlı səhifəsidir”
28.05.2019 [09:58] - Xəbərlər, Siyasət, Türk dünyası-Turan
Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərazində Türk tarixində siyasi-ictimai və mədəni,hərbi böyük iz qoyub.

Bu sözləri “SinerjiPro”nunun rəhbəri, ictimai xadim Ufuk Aydın bildirib.

“1918-ci ilin 28 may tarixində şərqdə ilk demokratik,hüquqi dövlət Azərbaycanda quruldu. Bu həm müsəlman,həm də türk dünyasında ilk nəgəng siyasi-ictimai və mədəni-sosial bir hadisə idi. AXC-nin yaranması və mövcudluğu bölgədə gedən proseslərə təsir göstərdi. Elə bir dövlət idi ki, ilk qadınlara səsvermə hüququnu təmin etdi. Dağlıq Qarabağda və ətraf rayonlarda erməni daşnak hücumlarının və ölkədə təxribatların qarşısı uğurla alındı. 40 minlik nizami ordu formalaşdırıldı. Ölkənin ərazi bütövlüyü təmin edildi. Geosiyasi vəziyyət və bolşeviklərin bölgədə fəallaşması AXC-nin süqutunu sürətləndirdi. Buna baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti türk tarixinin şanlı və rəşadətli səhifəsidir”.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed