Şrift:
Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov
29.05.2019 [10:15] - Xəbərlər, Türk dünyası-Turan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan böyük məmnuniyyət hissi ilə ən səmimi təbriklərimi çatdırıram.

Bir əsr bundan əvvəl mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Şərqdə və türk dünyasında demokratik dəyərlərə söykənən ilk respublikanın yaradılması ilə əlamətdar olmuşdur. Cümhuriyyətin yaradılması Azərbaycan xalqının müstəqillik əzmini nümayiş etdirərək onun həyatında yeni bir mərhələ və mühüm tarixi hadisə olmuşdur. Yeni tarixi şəraitdə dövlət müstəqilliyinin bərpasından sonra müasir Azərbaycanın memarı Heydər Əliyevin rəhbərliyi ilə respublika öz müstəqilliyini və suverenliyini möhkəmləndirməyə nail olmuş, dövlətçiliyin qorunması üçün qətiyyətli addımlar atılmışdır. Hazırda Ulu Öndərin davamçısı Zati-alinizin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz yerini tutmuş və ölkədə demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilməkdədir.

Təşkilatımıza daim göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı ifadə edir və inanıram ki, Sizin hərtərəfli dəstək və töhfələriniz sayəsində türkdilli ölkələr arasında əməkdaşlıq genişlənərək daha da inkişaf edəcəkdir.

Eləcə də qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ən xoş arzularımı və təbriklərimi qəbul etməyinizi Zati-alinizdən xahiş edir və bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh, sabitlik, tərəqqi və rifah arzu edirəm.

Yüksək hörmət və ehtiramla,

Altınbek Mamayusupov

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi
Bu xəbər oxucular tərəfindən 54 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed