Şrift:
Türk Şurasında yeni mətbuat katibi TƏYİNATI
29.05.2019 [10:58] - Türk dünyası-Turan
Türk Şurasına yeni mətbuat katibi təyinatı olub.

Bundan sonra bu vəzifəni Qlobal Qəzetçilər Şurasının qurucularından olan Kahraman Halisçelik icra edəcək.

Kahraman Halisçelik Ankara Universiteti Əlaqələr Fakültəsini bitirdikdən sonra New York şəhərinə köçüb. Uzun müddət Türkiyədəki media orqanlarının New York nümayəndəsi olub. 2009-cu ildən 2017-ci ilədək TRT-nin Nyu-Yorkdakı müxbiri kimi işləyib. Uzun illər ərzində Birləşmiş Millətlər Təşkilatının Müxbirlər Assosiasiyasının idarə heyətində təmsil olunub. İki il boyunca assosiasiyanın vitse-prezidenti olub. Qısa müddət New Yorkda “Turkish Voice” adlı qəzet nəşr edib. 2017-ci ildə Xarici işlər naziri Mövlud Çavuşoğlunun mətbuat məsləhətçisi olub . Halisçelik İngilis və İspan dillərini yaxşı bilir.
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed