Şrift:
“Traxtur” klubundan son xəbər
29.05.2019 [11:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol klubu 18-ci super liqa yarışlarından bir neçə gün sonra belçikalı baş məşqçi Corc Likenzlə müqaviləsini ləğv etdi. Artıq yeni baş məşqçinin kim olacağı ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır.

“Traxtur”un xəbərlərini işıqlandıran bir neçə idman saytı klub rəhbərliyinin İranın məşhur baş məşqçilərindən olan Əfşin Qütbi ilə müzakirə apardığını yazıb. Bildirilib ki, klub sahibi Məhəmmədrza Zenuzinin seçiləcək baş məşqçinin xarici vətəndaş olacağı ilə bağlı verdiyi açıqlamaya baxmayaraq klubun İdarə Heyətinin bəzi üzvləri komandanın Əli Dayi, Əfşin Qütbi və ya digər yerli baş məqçiyə tapşırılmasına tərəfdardır. Məlumata görə, artıq İdarə Heyətinin rəisi Abbas İlyasi ötən müvsümdə “Fulad” komandasını çalışdıran Əfşin Qütbi ilə müzakirə aparıb, onlar bir çox məsələdə razılığa gəliblər. Bu barədə klub məsulları həftə ərzində keçiriləcək iclasda qərar verəcək.
Bəzi mətbuat orqanları isə Məhəmmədrza Zenuzinin iki xarici baş məşqçi ilə müzakirə apardığını yazıb. Həmin baş məşqçilərin Türkiyə vətəndaşları olduğu bildirilir.

Başqa bir xəbərə görə, Təbriz klubunun sahibi komanda tərəfdarlarının tələbinə uyğun olaraq kluba Şərqi Azərbaycandan olan yeni icraçı direktor təyin etmək qərarına gəlib. Məlumata görə, o artıq Qulamrza Sadiqiyanın bu posta təyin olunması ilə bağlı sənədə imza atıb. Lakin bu barədə gələcək günlərdə rəsmi açıqlama olacaq və Qulamrza Sadiqiyan təyin olunduğu postda fəaliyyətə başlayacaq.
Qulamrza Sadiqiyan məşhur iş adamı Məhəmmədrza Zenuziyə aid bir neçə şirkətdə müdir kimi işləyib, o fəaliyyəti zamanı bir çox uğurlara imza atıb.

N.S
Bu xəbər oxucular tərəfindən 324 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed