Şrift:
Fərəc Quliyev: “AXC hökuməti daha sərt millətçi siyasət yürütməli idi” (video)
31.05.2019 [10:05] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“100 il əvvəl Azərbaycanda qəbul olunan qərarlar demokratikliyi baxımından bu gün dünyanın ən demokratık respublikaların qanunlarını geridə qoyur”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 28.05.2019 tarixində Dünya Televiziyasının “Üz-Üzə” verilişinin qonağı olub. “28 May Respublika Günü”-nə həsr edilmiş verilişdə partiya sədri əvvəlcə bu müqəddəs gün münasibətiylə xalqı təbrik edib və Azərbaycan Xalq Cümhuriyyaətinin yaranmasına gedən yol, eləcə dönəmin şərtlərinin ağırlığının mahiyyəti barədə danışıb. Cümhuriyyətin elan olunmasından sonrakı mərhələdə meydana çıxmış problemlərdən danışan millət vəkili Paris Sülh Konfransında Azərbaycanın nümayəndə heyyətinin rastlaşdığı maneələr və onların fədakarlıqları nəticəsində əldə edilən böyük nəaliyyət, eyni zamanda regionda cərəyan edən iqtisadi və hərbi böhranların AXC-nin taleyinə təsirini şərh edib. F.Quliyev qeyd edib ki, bütün bunlara baxmayaraq, xalqın fədakar mübarizəsi və Cümhuriyyət hökumətinin həyata keçirdiyi böyük layihələr inanılmaz uğurların əldə edilməsinə səbəb oldu.
Eyni zamanda o, yol verilmiş yanlışlıqlar və onların səbəb olduğu böyük fəsadlar barədə danışıb. Partiya sədri vurğulayıb ki, bu fəsadların baş verməməsi üçün daha millətçi siyasətin yürüdülməsinin vacib şərt olması düşüncəsindədir. F.Quliyev qeyd edib ki, dövlətçiliyin qorunması üçün ən sərt tədbirlərin görülməsi lazım idi, çünki dövlətçiliyin itirilməsi, xalqın represiyaya və deportasiyaya məruz qalması, ziyalıların yox edilməsi olduqca ağır zərbələr oldu ki, biz bu gün də onun fəsadlarını yaşayırıq.
AXC-nin Parlament fəaliyyəti barədə danışan millət vəkili qeyd edib ki, 100 il əvvəl Azərbaycanda qəbul olunan qərarlar demokratikliyi baxımdan bu gün dünyanın ən demokratık respublikaların qanunlarını geridə qoyur. Bununla bağlı misallar sadalayan partiya sədri bunu bizim ən böyük sərvətlərimizdən biri adlandırıb.
O, xarici siyasətində əldə etdiyi inanılmaz uğurları barədə misallar göstərərək, sonda Cümhuriyyətin süqutunun real səbələrinin şərhini verib.

F.Quliyevin həmin verilişdəki şərhlərinin və açıqlamalırının videosunu tqədim edirik:

Bu xəbər oxucular tərəfindən 617 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed