Şrift:
Bu gün Milli Məclisin yaz sessiyası başa çatır - Gündəlikdə bir məsələ var
31.05.2019 [10:15] - Xəbərlər, Siyasət
Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək.
İclasda bir məsələ - "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsi I oxunuşda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-də yekunlaşır.


Bu il Milli Məclisin növbədənkənar iclaslarının çağırılacağı da gözlənilir.


Parlamentdən verilən məlumatda iyun ayında Milli Məclisin iki növbədənkənar iclasının keçirilməsi nəzərdə tutulur.

Daha sonra deputatlar yay tətilinə çıxacaqlar. Parlamentarilər iyulun 15-dən avqust ayının 30-dək tətildə olacaqlar.
Bu xəbər oxucular tərəfindən 65 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed