Şrift:
Ukraynanın Ali Radası Baş Nazir Vladimir Qroysmanın istefasını qəbul etməyib
31.05.2019 [10:32] - Siyasət
Ukraynanın Ali Radası Baş Nazir Vladimir Qroysmanın istefasını qəbul etməyib.

Ali Radanın bu gün keçirilən iclasında Baş Nazirin istefasının lehinə 97, əleyhinə 63 deputat səs verib. Əlli nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, mayın 20-da Prezident Vladimir Zelenski andiçmə mərasimində hökumət üzvlərini istefaya çağırmışdı. Qroysman bundan sonra istefa verdiyini açıqlamış və bunun baxılması üçün ərizəni Ali Radaya təqdim etmişdi.

Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed