Şrift:
“Uşaqların ürəyi Qarabağda döyünür” devizi altında tibbi müayinə aksiyası keçiriləcək
31.05.2019 [11:44] - Sağlıq
Mərkəzi Gömrük Hospitalı 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqların ürəyi Qarabağda döyünür” devizi altında tibbi müayinə aksiyası keçirəcək.

Mərkəzi Gömrük Hospitalının Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudovun rəhbərliyi ilə həkim briqadası və tanınmış xarici mütəxəssislər Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Füzuli rayonunun Böyük Bəhmənli kəndlərindəki tibb məntəqələrində uşaqların təmənnasız tibbi müayinəsini aparacaqlar. Tibbi aksiya iki gün davam edəcək.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed