Şrift:
Güney azərbbaycanlı fəal Yaşar Nikru saxlanılıb
31.05.2019 [11:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Rəşt Şəhər Ettelaat İdarəsinin ardıcıl təhdidlərindən sonra güney azərbaycanlı milli-mədəni fəal Yaşar Nikrunun saxlandığı bildirilir.

Məlumata görə, Rəşt sakini olan milli-mədəni fəala mayın 22-də bir neçə dəfə zəng edilib, fəal şübhəli zənglərdən sonra yaxınlarına saxlanıla biləcəyi barədə məlumat verib.

Ötən 8 gündə ərzində fəaldan heç bir xəbər yoxdur, o böyük ehtimalla tutulub, lakin kimsə harada saxlandığını bilmir.

Yaşar Nikrunun ailəsi onun vəziyyəti haqda nigaranlıq hissləri keçirir.

Fəalın yaxınları onun Rəşt şəhərinin Ettelaat İdarəsi tərəfindən təhdid edildiyinə görə həmin idarə tərəfindən saxlandığını ehtimal edir.

Yaşar Nikru “Türkmən səhra” bölgəsində sel baş verdiyi zaman digər azərbaycanlı milli fəallarla birlikdə təbii fəlakət bölgəsinə gedərək yardım etmə prosesində aktiv iştirakçılarından biri olub.

N.S
Bu xəbər oxucular tərəfindən 402 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed