Şrift:
Əhər Səttarxan bəndi turist düşərgəsi baxımsızlıqdan məhv olur
31.05.2019 [11:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əhər şəhərində Səttarxan bəndi turist düşərgəsinin infrastrukturu baxımsızlıqdan məhv olmaq üzrədir.

Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin nəzarətində olan düşərgə Azərbaycanın tarixi abidələri kimi diqqətdən kənarda qalıb, günü-gündən təxrib olunur.

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, Əhər Səttarxan bəndi sahilində turist xidmətləri üçün təxminən 10 il əvvəl lazımi infrastruktur yaradılıb. Lakin baxımsızlıqdan və nəzarət olunmamasından yaradılan imkanlar və avadanlıqlar tədricən sıradan çıxıb, düşərgənin qalan hissəsidə məhv olmaq üzrədir.

Yerli əhali məşhur turist məkanının baxımsız vəziyyətdə olmasından şikayətlənir, onlar düşərgənin bərpa olunmasını tələb edir.
Əhər Səttarxan bəndi turist düşərgəsi baxımsızlıqdan məhv olurƏhər Səttarxan bəndi turist düşərgəsi baxımsızlıqdan məhv olurƏhər Səttarxan bəndi turist düşərgəsi baxımsızlıqdan məhv olurƏhər Səttarxan bəndi turist düşərgəsi baxımsızlıqdan məhv olur
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed