Şrift:
Azərbaycan qılıncoynadanı Avropa çempionatında qızıl medal qazanıb
01.06.2019 [10:53] - Gündəm, İdman
Sablya üzrə Azərbaycan milli komandasının üzvü Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qılıncoynadanların Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Qılıncoynatma Federasiyasından bildiriblər ki, qrup mərhələsində keçirdiyi altı görüşdən beşini qalib başa vuran Anna Başta onaltıdabir finalda Polşa idmançısı Zuzanna Şesleri 15:6 hesabı ilə məğlub edib. Səkkizdəbir finalda ispan Elena Hernandez Munoza 15:8 hesabı ilə qalib gələn sablyaçımız dörddəbir finalda Macarıstan təmsilçisi Kern Biankadan 15:3 hesabı ilə üstün olub. A.Başta yarımfinalda belaruslu Polina Kaspiaroviç üzərində 15:10 hesablı qələbə qazanıb. Qılıncoynadanımız finalda İtaliya idmançısı Lusia Lukarinini məğlub etməklə 23 yaşadək qadın sablyaçılar arasında Avropa çempionu olub.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed