Şrift:
“Traxtur klubunun adına Holding yaradılacaq”- Klubun icraçı direktoru
01.06.2019 [11:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol klubunun yeni təyin olunuş icraçı direktoru Qulamrza Sadiqiyan həmkarları ilə keçirdiyi görüşdə klubun gələcək maliyyə məsələlərinə toxunub.

O klubun maliyyə xərclərini təmin etmək üçün iqtisadi layihələr üzərində iş aparıldığını bildirib.

“Klubun sahibi Məhəmmədrza Zenuzi və İdarə Heyəti aparılan müzakirələrdən sonra Holding şirkətlər qrupu yaratmaq qərarına gəlib. Yaradılacaq Holding iqtisadi, idman və ictimai sahələrdə fəaliyyət göstərəcək. Məqsəd klubun maliyyə ehtiyaclarını təmin etməkdir.”- deyə o bəyan edib.

İcraçı direktor sözlərinin davamında əlavə edib ki, Təbriz birincilər şəhəri kimi tanınır. Ümid edirik ki, İranda ilk dəfə olaraq “Traxtur” klubu maliyyə məsələlərində özünü təminetmə səviyyəsinə qaldırılacaq. Klubun təlim keçmə və ictimai sahədə də fəal olacağı nəzərdə tutulub.

Qulamrza Sadiqiyan sözlərinin sonunda “Traxtur” tərəfdarlarını klubun ən böyük sərmayəsi adlandırıb.

Qeyd edək ki, milyonlarla tərəfdarı olmasına baxmayarq “Traxtur” klubunun maliyyə imkanları Tehranın “İstiqlal” və “Perspolis” klubları ilə müqayisədə olduqca məhduddur. Bu, əsasən paytaxt komandalarının dövlət, konkret olaraq Gəndlər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilməsi ilə bağlıdır. “Traxtur” klubunun rəhbərliyi və komanda tərəfdarları klubu daha yüksək səviyyəyə qaldırmaq üçün maliyyə sıxıntılarının aradan qaldırmasını vacib hesab edir.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed