Şrift:
Bakı metrosu yeni qatarlar aldı
03.06.2019 [10:42] - Gündəm, İqtisadiyyat
Rusiyanın “Metrovaqonmaş" zavodu ilə “Bakı Metropoliteni” QSC arasında imzalanmış müqaviləyə əsasən, iyun ayı ərzində Azərbaycana yeni qatarlar gətiriləcək.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, ilkin mərhələdə iki qatar alınıb:
“Müasir standartlara cavab verən qatarlar ölkəyə gətiriləndən sonra sazlama və sınaq müddəti olacaq. Həmin qatarlar istismar müddəti başa çatan qatarları əvəzləyəcək”.
B.Məmmədovun sözlərinə görə, ilin sonunadək daha 4 qatar alınacaq:
“Hazırda daha 4 qatarın istehsal prosesi gedir”.

Qeyd edək ki, qatarların istimar müddəti 31 ildir. Müqaviləyə əsasən alınacaq 81-765 tipli, "Metrovaqonmaş" istehsalı olan 6 qatar istismarını başa vurmuş 81-714/717 tipli 6 qatarı əvəzləyəcək.
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed