Şrift:
UEFA Prezidenti: "Avropa Liqasının final oyununun Bakıda keçirilməsi barədə qərar yanlış deyildi"
03.06.2019 [10:45] - Gündəm, İdman
UEFA Prezidenti Aleksander Çeferin Avropa Liqasının final oyununun Bakıda keçirilməsi barədə qərarı yanlış hesab etmir.

UEFA Prezidenti deyib ki, futbol ehtiras və inkişafdır.

A. Çeferin deyib ki, Bakıda keçirilən oyun ziyarətçilərin say göstəricisinə görə Avropa Liqasının final oyunları tarixində üçüncü yerdədir: "Biz futbolu tək böyük ölkələrdə deyil, hər yerdə inkişaf etdirməliyik. Mixtaryanın Bakıya gəlməməsinə gəlincə, biz onun təhlükəsizliyi ilə bağlı bütün zəmanətləri almışdıq. Ancaq mən oyunçunun qərarına hörmətlə yanaşıram".

Qeyd edək ki, mayın 29-da Bakıda keçirilən Avropa Liqasının finalı oyununda "Çelsi" "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed