Şrift:
Tağıyevlə bağlı “100 il şərəfli ömür” filmi beynəxalq festivallara çıxarılır
04.06.2019 [10:13] - Gündəm, Mədəniyyət
“5-ci filmimin də hazır olmağına lap az qaldı. Məşhur milyoner, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqında çəkdiyimiz “100 illik şərəfli ömür” adlanan bu filmi 40 ölkəyə 100-dən artıq beynəlxalq festivala təqdim edəcəyik”.

Bu sözləri filmin çəkilişlərini həyata keçirən “SSP Production”un rəhbəri, prodüser və quruluşçu rejissor Cəlaələddin Qasımov deyib.

“Artıq festivallar özləri mənə müraciət edir, filmin rüsumdan da azad olunacağını bildirilər. Çəkdiyim filmləri arxiv üçün yox, dünyaya çıxarmaq üçün ekranlaşdırıram. Və buna da nail oluram ki, Azərbaycanı - vətənimi dünyaya tanıdıram”, - C.Qasımov bildirib.
Bu xəbər oxucular tərəfindən 519 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed