Şrift:
APA informasiya agentliyi yenidən AÇILDI
04.06.2019 [10:15] - Gündəm
Ötən ilin avqustunda fəaliyyəti dayandırılan APA informasiya agentliyi bu gündən işini bərpa edib. Bu barədə agentliyin əməkdaşları məlumat yayıblar.

APA və ONA bir-birindən ayrı fəaliyyət göstərəcək:

“APA əvvəlki qaydada fəaliyyətini davam etdirəcək. Fəaliyyətini bərpa etmiş agentliyin yeni fəaliyyətə başlayan ONA ilə bağlılığı yoxdur. APA-ya da rəhbərlik Vüsalə Mahirqızına tapşırılıb”.

“APA” informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərirdi. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında “APA Holding” təsis olunmuşdu. Holdingə Azəri Press Agentliyi, “Lent.az” İnformasiya Agentliyi MMC, “Vesti.az” İnformasiya Agentliyi MMC, “APASport.az” İnformasiya Agentliyi MMC, APA TV, “APA ADVERTİSEMENT PR” MMC, “APA SERVİS” MMC daxil
idi. 2018-ci ilin avqustunda holdinqin işi dayandırılıb.
Bu ilin fevral ayında isə Vüsalə Mahirqızının rəhbərliyilə Onlayn Agentliyinin (Online News Agency - ONA) fəaliyyətə başlayıb.
Bu xəbər oxucular tərəfindən 284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed