Şrift:
Vaşinqtonda Azərbaycanın xalq rəssamı Kamil Nəcəfzadəyə həsr olunmuş sərgi keçiriləcək
16.08.2012 [12:00] - Mədəniyyət
Avqustun 28-dən sentyabrın 27-dək ABŞ-ın paytaxtı Vaşinqtonda görkəmli fırça ustası, Azərbaycanın xalq rəssamı Kamil Nəcəfzadəyə həsr olunmuş "Hər mənada azərbaycanlı rəssam: Kamil Nəcəfzadə" adlı sərgi keçiriləcək.Mədəniyyət və Turizm Nazirliyinin saytının verdiyi məlumata görə, Amerikada fəaliyyət göstərən Qarabağ Fondunun təşkilatçılığı ilə həyata keçiriləcək sərgi çərçivəsində rəssamın oğlu, rejissor Şamil Nəcəfzadənin filmlərinin kinosessiyası da gerçəkləşəcək. Rejissorun dörd filmi Vaşinqtonda hər cümə axşamı günü nümayiş olunacaq.

Ş.Nəcəfzadə özü isə sentyabrın 6-da və 13-də filmlərin nümayişində iştirak edəcək, auditoriya ilə görüşündə tamaşaçıları maraqlandıran suallara cavab verəcək.
Bu xəbər oxucular tərəfindən 1630 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed