Şrift:
Türkiyədə azərbaycanlı uşaqlar üçün istirahət düşərgəsi TƏŞKİL OLUNUR
04.06.2019 [10:17] - Sosial
İyunun 18-24 tarixləri aralığında 12-17 yaş arası azərbaycanlı uşaqlarla türk yaşıdlarının çadır kampı təşkil olunacaq.

Bu barədə Türkiyədə yaşayan azərbaycanlı jurnalist Şeyda Nəsibli bildirib.

Çadır kampı Türkiyənin Muğla şəhərində təşkil olunacaq.

Ş.Nəsibli bildirib ki, kampda 1 həftəlik istirahət etməyin qiyməti bir nəfər üçün hər şey daxil 100 dollardır. Bir ailədən iki uşaq olduqda isə onlar üçün qiymət 150 dollara endirilir.

“Muğlaya qədər gəlmək sizə aiddir, sonrası bizə. 3 valideyn üçün yerimiz də var. İstər təyyarə ilə gəlin, istər avtobusla, yetər ki, uşaqları göndərin, gerisi bizə aiddir”, - jurnalist bildirib.

Ş.Nəsibli Facebook-dan azərbaycanlı valideynlərə müraciət edərək, göndəriləcək uşaqların ad-soyadının yazılmasını istəyib:

“Gələrkən sadəcə şort tişört, alt paltarı, şapka, günəş eynəyi, idman ayaqqabısı, çimərlik şortu, çimərlik tərliyi, günəş kremi və dəsmal gətirin.
Bir də çala bildiyiniz musiqi aləti varsa, onu da gətirin”,-deyə jurnalist müraciətində qeyd edib.
Bu xəbər oxucular tərəfindən 511 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed