Şrift:
Bu il Ege dənizində Türkiyədən Avropaya keçmək istəyən təxminən 16 min köçkün saxlanılıb
07.06.2019 [10:14] - Sosial
Bu ilin ilk beş ayında Ege dənizində Türkiyəni qanunsuz yollarla tərk etmək istəyən təxminən 16 min xarici vətəndaş saxlanılıb.

Ölkənin sahil təhlükəsizliyi və polis əməkdaşları tərəfindən aparılam əməliyyatlar nəticəsində saxlanılanların əksəriyyəti Yunanıstana keçmək istəyib.

Bu şəxslər arasında aparılan sorğulardan bəlli olub ki, onların ölkələrini tərk etmələrinə daxili qarışıqlıq, müharibələr, iqtisadi və siyasi çətinliklər kimi problemlər səbəb olub.

Bunun qarşısını almaq məqsədilə Türkiyənin sahil mühafizə qüvvələri tərəfindən mühafizə tədbirləri gücləndirilib.

Qeyd edək ki, ötən ilin eyni dövrü ərzində Ege dənizində saxlanılan əcnəbilərin sayı 9 min 756 nəfər olub.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed