Şrift:
Bugün Bakıda Atletika üzrə Azərbaycan Çempionatı keçiriləcək
07.06.2019 [10:16] - Gündəm, İdman
İyunun 7-8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Atletika üzrə Azərbaycan Çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə reallaşacaq turnirdə qadınlar və kişilər iştirak edəcəklər.

AAF-dan bildiriblər ki, çempionatda 120-dək idmançı birincilik uğrunda mübarizə aparacaq. Atletlər qaçışın 7 (100, 200, 400, 800, 1500, 3000, 4x200 metr, estafet) növü üzrə öz güclərini sınayacaqlar. Bundan başqa, idmançılar tullanmanın üç (uzunluğa, hündürlüyə, üçtəkanlı) növü, nüvəitələmə, nizə atma və lövhə atma üzrə də mübarizə aparacaqlar.

Qaliblər federasiya və nazirlik tərəfin diplom və medallarla təltif ediləcək.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed