Şrift:
Polşa Avropa Oyunlarını qəbul edəcək
07.06.2019 [10:31] - Gündəm, İdman
Polşa 2023-cü ildə keçiriləcək Avropa Oyunlarını qəbul edəcək. Avropa Olimpiya Komitəsi təsdiq edib ki, Polşa bu oyunları keçirməyə namizəd göstərilən yeganə ölkə olub.

2023-cü ildəki yarışların keçirilməsi üçün Polşa Krakov və Malopolski regionlarını seçilib.

Ərizələrin təqdimatı üçün son tarix mayın 31-i idi. Polşanın oyunların keçiriləcəyi növbəti ölkə olması barədə rəsmi qərar iyunun 22-də Minskdə veriləcək.

İlk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib, ikinci isə bu il Minskdə baş tutacaq.

Aygün Əliyeva
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed