Şrift:
Fərəc Quliyev: Fransa məhkəməsinin separatçı rejimlə imzalanmış "Dostluq Xartiyası"nı ləğv edilməsi təcavüzkar rejimlərə qarşı yaxşı bir presidentdir (video)
07.06.2019 [12:19] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Ermənistanın uğursuz “yol xəritəsinin” böyük güclər tərəfindən cırılıb atılmasının vaxtıdır”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev dünən – 06.06.2019 tarixində Azərbaycan Televiziyasının “Rakurs” verilişinin qonağı olub. Həmin verilişdə Fransanın Val d’Oise Departamentinin İnzibati Məhkəməsinin Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı erməni separatçıları arasında imzalanan "Dostluq Xartiyası"nı ləğv edilməsi və bu səbəbdən separatçı rejim ilə Fransa arasında gərginliyin yaranması ilə bağlı aparıcının suallarını cavablandıran F.Quliyev bu qərarın əhəmiyyəti barədə danışıb və bildirib ki, Fransanın ardıcıl səhflərindən sonra belə bir addımın atılması onu göstərir ki, sözügedən ölkənin cəmiyyəti eyni cür düşünmür və ədalətin yanında olan böyük bir kəsim də vardır. O bildirib ki, cəzasızlıq mühitinə alışmış separatçı rejim üçün bu qərar gözlənilməz olduğu üçün gərginliyin yaranmasına səbəb olub. Millət vəkili bu addımı təcavüzkər rejimlərə qarşı yaxşı bir president hesab etdiyini vurğulayıb.
Fransa-Ermənistan münasibətlərini şərh edərkən isə partiya sədri bildirib ki, artıq Ermənistanın uğursuz “yol xəritəsinin” böyük güclər tərəfindən cırılıb atılmasının vaxtıdır və avanturist “erməni iradəsinin” fiyaskoya uğraması qaçılmazdır.
Millət vəkili Ermənistan hökuməti ilə Dağlıq Qarabağdakı separatçı rejim arasında yaranmış gərginliyin səbəblərini də şərh edib və maraqlı faktlar açıqlayıb. O baş verən proseslər fonunda Azərbaycanın atmalı olduğu addımlarla bağlı mövqeyini bildirib.

F.Quliyevin həmin verilişdəki şərhlərinin və açıqlamalarının videosunu təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed