Şrift:
Fərəc Quliyev partiya rəhbərləri ilə ictimai-siyasi vəziyyəti müzakirə etdi (foto)
07.06.2019 [16:10] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bu gün- 07.06.2019 tarixində Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyevin Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Elşad Musayev, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr əvəzi Arzuxan Əlizadə və AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov ilə görüşü keçirilib. Partiyanın Mərkəzi Qərargahında keçirilən görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Partiya liderləri hazırda aparılan islahatlarla bağlı cəmiyyət və hökumət qarşısında müəyyən təkliflərlə çıxış etmək barədə fikir mübadiləsi aparıblar.
Görüşdə seçki islahatlarının aparılması ilə bağlı majoritar və proporsional seçki sisteminin dünya təcrübəsinə uyğun tətbiqi, mərkəzi, dairə və məntəqə seçki komissiyalarının tərkibinin dəyişdirilməsi, seçki şəffaflığının təmini məsələləri, Milli Məclisdə demokratik mühitin artırılması üçün Parlamentdə fraksiya yaratmaq üçün sayın azaldılması, Milli Məclisdə təmsil olunan müxalifət partiyaları nümayəndələrinin vitse-spiker, komitə sədri və komitə sədrinin müavini vəzifələrində təmsil olunmaları kimi məsələlər müzakirə edilib. Partiya liderləri Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Parlamentli Respublikaya keçidlə bağlı təkliflərin hazırlanması ilə bağlı məsləhətləşmələr aparıblar. Azərbaycan cəmiyyətində partiyalar və iqtidar-müxalifət arasında etimad mühitinin yaradılması, Prezidentin siyasi islahatlarla bağlı çağırışlarından doğan təkliflərin müzakirəsi kimi mühüm məsələlər ətrafında danışılıb.
Görüş iştirakçıları bütün bu məsələlərin hakim partiya da daxil olmaqla qeydiyyatdan keçmiş 55 partiya tərəfindən müvafiq sənədin hazırlanması və tədbirlərin keçirilməsi ilə bağlı ideyası ətrafında məsləhətləşmələr aparıblar.
Müzakirə edilən məsələlərin məntiqi nəticəsinə çatması üçün addımların qlobal və regional şərtlər daxilində, eləcə qanunauyğun şəkildə atırılmasının vacibliyi qeyd edilib, bu istiqamətdə aparılan danışıqlar və görüşlərin intensivləşməsi razılaşdırılıb.

Fərəc Quliyev partiya rəhbərləri ilə ictimai-siyasi vəziyyəti müzakirə etdi (foto)

Fərəc Quliyev partiya rəhbərləri ilə ictimai-siyasi vəziyyəti müzakirə etdi (foto)

Fərəc Quliyev partiya rəhbərləri ilə ictimai-siyasi vəziyyəti müzakirə etdi (foto)



Milli Dirçəliş Hərəkatı Partiyası
Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed