Şrift:
Marağanın millət vəkili: “Qızıl Aypara Cəmiyyəti 9 saat zəlzələdən sonra bölgəyə çatıb, bunun izahı yoxdur”
16.08.2012 [12:45] - Güney Azərbaycan xəbərləri
Marağanın İran parlamentindəki millət vəkili Mehdi Dəvatgəri bildirib ki, “Qızıl Aypara Cəmiyyəti (Helal Əhmər) 9 saat zəlzələdən sonra bölgəyə çatıb, bunun izahı yoxdur”.




Dəvatgəri sözlərini belə davam edib:

“6-cı gün saat 16:30 radələrində zəlzələ baş verdi. Lakin Qızıl Aypara Cəmiyyəti saat 1:30-da hadisə yerinə gəlib. Bunun heç bir izahı yoxdur”.



Millət vəkili dağıntılar altında qalan mal-qaranın sürətlə təxliyyə edilməsinin vacib olduğunu vurğulayaraq bildirib ki, “isti hava şəraitinə görə dağıntılar altında ölən mal-qara artıq fəsadlara səbəb olur və üfunət iyisi hər yerdə hiss olunur. Mal-qara çox pis vəziyyətdədir. Əgər baytarlıq (dampezeşki) məsulları dərhal müdaxilə etməsələr böyük bir insani faciəyə yol açılacaq”.



Qeyd edək ki, bu gərgin vəziyyətə baxmayaraq hələlik bölgəyə heç bir baytar göndərilməyib.
Bu xəbər oxucular tərəfindən 1083 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed