Şrift:
ATƏT PA-nın konfransında parlamentlərin nəzarət funksiyasının gücləndirilməsi məsələsi diqqət mərkəzində olub
08.06.2019 [10:21] - Gündəm, Siyasət
ATƏT Parlament Assambleyasının (PA) təşkilatçılığı ilə “Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi” mövzusunda Tbilisidə keçirilən beynəlxalq konfrans iyunun 7-də işini davam etdirib.

Konfransda qanunverici orqanın nəzarət funksiyasının gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb, bu sahədə qabaqcıl təcrübələr bölüşülüb, səmərəli nəzarətin əhəmiyyəti barədə müzakirələr aparılıb.

Azərbaycan Milli Məclisinin deputatları Azay Quliyev, Asim Mollazadə və Sevinc Fətəliyeva çıxış edərək, dünyada və regionda gedən proseslər, ATƏT regionundakı mövcud problemlər və onların həllində qanunverici orqanların rolu, parlament diplomatiyası və s. məsələlər barədə danışıblar.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev parlamentlərdə komitə sədrlərinin qanunvericilik təşəbbüsləri, onların müavinlərinin rolu və funksiyaları barədə fikirlərini bölüşüb.
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed