Şrift:
Türkiyədə növbəti Beynəlxalq Gilas Festivalı keçirilir
08.06.2019 [10:42] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin Tekirdağ şəhərində Süleymanpaşa Bələdiyyəsi tərəfindən 55-ci Beynəlxalq Gilas Festivalı keçirilir.

Ənənəvi olaraq şəhərdə hər il keçirilən festivalda Türkiyənin tanınmış incəsənət xadimləri iştirak ediblər.

Festivalda insanlar müxtəlif rəngli geyimlərdə yürüş ediblər, Türk Hava Qurumunun dəstəyi ilə paraşütlə tullanıblar.

Tədbir çərçivəsində “Gilas gözəli” gözəllik müsabiqəsi keçirilib.

Festival iyunun 9-dək davam edəcək.

Günel Məlikova
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed