Şrift:
Londonda dünyanın ilk sonsuzluq hovuzu yaradılacaq
08.06.2019 [10:50] - Xəbərlər, Sosial
Londonda “Compass Pools” şirkəti tərəfindən 600 min litr həcmli 360 dərəcə mənzərəsi olan hovuzun yaradılması planlanır. 55 mərtəbəli beşulduzlu bir otelin üst mərtəbəsində yaradılması nəzərdə tutulan hovuz dünyanın ilk sonsuzluq hovuzu olacaq.

Bu barədə hovuzun dizayneri və texniki direktoru Aleks Kemsli deyib: “Biz bu bina üçün çox böyük texniki çətinliklərlə üzləşirik, lakin bununla bərabər bir ilki həyata keçiririk”.

Qeyd edək ki, hovuzun tikintisinə 2020-ci ildə başlanılacaq.

Aynurə Tağıyeva
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed