Şrift:
Amerika İranın neft-kimiya sektoruna və ona bağlı 33 şirkətə sanksiya qoyub
08.06.2019 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Maliyyə Nazirliyi iyunun 7-də bəyanat yayaraq, “Sepah” terror təşkilatına dəstək verən İranın neft-kimiya sektoruna və ona bağlı olan 33 şirkətə sanksiya qoyduğunu bildirib.

Nazirliyin yaydığı bəyanatda bildirilir ki, “Fars körfəzi Neft-Kimiya Sənayesi Şirkəti”nə və onun nəzdində fəaliyyət göstərən digər şirkətlərə qarşı yeni sanksiyalar, onların “Sepah”ın “Xatəm ül Ənbiya” qərarghına maliyyə yardımı göstərdiyinə görə tətbiq edilib.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin iyunun 7-də jurnalistlərə açıqlamasında deyib ki, yeni sanksiyalarda məqsəd, İranın neft-kimiya sənayesinin və ona tabe olan şirkətlərin gəlir mənbələrini məhdudlaşdırmaq, onların “Sepah”a maliyyə yardımının qarşısını almaqdır.

Amerika dövlət katibi Mayk Pompeo isə həmin gün “Twitter” səhifəsində yazdığı bir statusda İranın neft-kimya sənayesinə qoyulan yeni sanksiyalara münasibət bildirib. O deyib ki, İrana qarşı təzyiqlər bundan sonra da davam edəcək: “İrana qarşı maksimum təzyiqlər bu gün də davam edir və Amerikanın Maliyyə Nazirliyi “Sepah”ı maliyyə baxımdan təmin edən İranın neft-kimiya sektoruna sanksiya qoyub. Amerika Birləşmiş Ştatları, İranın Orta Şərqdə sabitliyi pozmaq üçün ehtiyacı olduğu gəlir mənbələrinə yiyələnməsinin yolunu bağlayacaq” –deyə Mayk Pompeo əlavə edib.

Bildirilir ki, İranın neft-kimiya sahəsində fəaliyyət göstərən və yeni sanksiyaya məruz qalan şirkətlər arasında, Ərvənd, Atlas, Brucen, Dehdəşt, Fəcr, Gəçsaran, Hemmət, Hörmüz, İlam, Henqam, Karun, Xuzistan, Nəğmə, Müdəbbiran, Pazarqad, Rəhavəran və Urmiyə şirkətlərinin adları da var.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed