Şrift:
Ankarada leysan yağışların yaratdığı sel 3 nəfərin həyatına son qoyub
10.06.2019 [10:21] - Gündəm, Hadisə
Türkiyənin patyaxtı Ankarada aramsız yağan yağışlar 3 nəfərin ölümünə səbəb olub. Zirzəmidə qalan ana və 17 yaşlı qızını isə polislər boğulmaqdan son anda xilas ediblər.

Bu haqda məlumatı Ankara valiliyi yayıb. Məlumatda bildirilib ki, 9 iyunda Ankaranın mərkəzi Çankaya rayonunda sel sularının apardığı 56 yaşlı A.Arslan, Etimesgut rayonunda iş yerinə dolan suyu təmizləmək istəyərkən elektrik enerjisinin vurması səbəbilə M.Altınışık və mənzilinə dolan sudan həyəcanlanıb infarkt keçirən M.Önder ölüblər.

Bildirilir ki, 2 saatdan çox davam edən leysan yağışları nəticəsində Ankaranın bəzi rayonlarında zirzəmiləri və binaların birinci mərtəbələrini su basıb. Küçələr, avtomobillər su altında qalıb, Ankara Böyük Şəhər Bələdiyyəsinin avtobusları da sel sularından saatlarla hərəkət edə bilməyib.

Qeyd edək ki, bu təbii fəlakətin səbəb olduğu faciə Ankarada əvvəllər də baş verib. Ötən il mayın 30-da da Ankaranın Bala qəsəbəsində sel suları 62 yaşlı bir qadını öldürüb.
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed