Şrift:
Bozqurd döyüş klubunun beş idmançısı Azərbaycan çempionatında 2 birinci yeri qazandı.
10.06.2019 [16:20] - Xəbərlər, İdman, Özəl xəbər
8-9 iyun tarixində "Sərhədçi" İdman Kompleksində MMA qaydasız döyüş növü üzrə keçirilən Azərbaycan çempionatında Fərəc Quliyevin prezidenti olduğu “Bozqurd döyüş klubu” beş idmançı ilə təmsil olunurdu.

Klubun idmançılarının beşi də yarışdan uğurlu nəticə ilə ayrıldı.

Yeniyetmələr arasında Əliyev Yusif 53 kiloda, kişilər arasında isə İsmailov Azad 66 kiloda Respublika çempionu adını qazandılar.

Qəhrəmanlı Kamran kişilər arasında 71 kiloda ikinci yerə, Hüseynov Samir gənclər arasında 58 kiloda üçüncü yerə, Baqiyev Tərlan gənclər arasında 50 kiloda üçüncü yerə layiq görüldülər.

Bozqurd döyüş klubunun beş idmançısı Azərbaycan çempionatında 2 birinci yeri qazandı.

Bozqurd döyüş klubunun beş idmançısı Azərbaycan çempionatında 2 birinci yeri qazandı.
Bu xəbər oxucular tərəfindən 274 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed