Şrift:
Vaşinqton meri ADR-in 101 illiyi münasibətilə Bəyannamə imzalayıb
11.06.2019 [10:58] - Xəbərlər, Siyasət
ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının 101 illiyi ilə əlaqədar olaraq Bəyannamə imzalayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması bildirilir.

"Azərbaycan Respublikasının ABŞ-dakı hazırkı səfiri Elin Süleymanov və digər əvvəlki iki səfir fəallıq nümayiş etdirib və Vaşinqtonda böyük maraq göstərirlər", - deyə sənəddə qeyd edilir.

Azərbaycanın ABŞ-dakı səfirliyinin Vaşinqton şəhəri ilə tərəfdaşlıq etdiyi və şəhərin təhsil və mədəniyyətin müxtəlifliyinə öz töhfələrini verdiyi vurğulanır.

Mer Bouzer imzaladığı Bəyannamədə Azərbaycan Demokratik Respublikasının yaranmasının 101-cü il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirir.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed