Şrift:
Bakıda Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgisi keçirilir
12.06.2019 [10:12] - Gündəm, İqtisadiyyat
Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları 3 günlük Konfransı və Sərgisi (WCO IT/TI Conference & Exhibition) işə başlayıb.
“Smart sərhədlər üçün yeni texnologiyalar” şüarı altında keçirilən tədbir Prezident İlham Əliyevin iştirakçılara təbrik məktubunun oxunması ilə açıq elan edilib.
Məktubu baş nazir Novruz Məmmədov oxuyub. Dövlət başçısı məktubunda bildirib ki, Azərbaycanın gömrük sistemində şəffaflığın təmin edilməsi, informasiya kommunikasiya texnologiyaların tətbiq olunması sahəsində bir çox işlər görülüb. O, bu cür konfrans və sərgilərin keçirilməsini alqışlayır və onların əməkdaşlığa töhfələr verəcəyinə əmindir.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed