Şrift:
İran parlamentində "Sanksiyalarla mübarizə" fraksiyası fəaliyyətə başlayıb
12.06.2019 [10:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamentində "Sanksiyalarla mübarizə" fraksiyası bu gündən rəsmən fəaliyyətə başlayıb.

Fraksiya bu gün ilk iclasını keçirib və rəyasət heyətindəki deputatlar müəyyənləşib.

Məlumatda bildirilir ki, ABŞ dünyanın 25 ölkəsinə qarşı sanksiyalar tətbiq edir, parlamentdə bu fraksiyanı yaratmaqla 25 ölkənin parlamentləri ilə birlikdə ABŞ sanksiyalarına qarşı birgə fəaliyyət klubu yaradılacaq.
Fraksiyanın rəyasət heyətinin sədri Məhəmmədəli Purmuxtar, sədrin birinci müavini Həsən Bəhramniya, ikinci müavini Seyif Təqi Kəbiri və sözçü Seyid Əhsən Ələvi seçilib.
Bu xəbər oxucular tərəfindən 379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed