Şrift:
Bakıda yanan binadan 83 nəfər təxliyyə edildi
13.06.2019 [10:13] - Hadisə
Bakıın Yasamal rayonunda yanan binadan 83 nəfər təxliyyə edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin eyvanında 1 ədəd qaz sayğacı, 7-ci mərtəbəsinin eyvanında plastikdən ibarət pəncərə çərçivəsi, 1 ədəd su qızdırıcısı və 1 ədəd kondisioner, 8-ci mərtəbəsinin eyvanında 4 m² sahədə məişət tullantıları və hər üç mərtəbənin eyvanından keçən kommunikasiya xətləri 9 p.m yanıb. Yanğın zamanı 83 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed