Şrift:
MN Ermənistan silahlı bölmələrinin Azərbaycan mövqelərini minaatanlardan atəşə tutmasını təsdiqləyən fotolar yayıb
13.06.2019 [10:51] - Xəbərlər, Hərb
İyunun 12-də düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və mövqelərimizin 60 mm minaatanlardan atəşə tutulması barədə tərəfimizdən rəsmi məlumat verilib.
Bunu Azərbaycan Müdafiə Nazirliyindən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin minaatanlardan atəşə tutulması ilə bağlı sorğuya cavab olaraq bildiriblər.
"Düşmən qoşunların təmas xəttində növbəti dəfə vəziyyəti gərginləşdirmək məqsədi ilə törətdiyi təxribatları ört-basdır etmək üçün özünəməxsus şəkildə yalan və iftiralarla dolu bəyanatla çıxış edərək faktı təkzib etməyə cəhd göstərib. Düşmən tərəfindən bölmələrimizin minaatanlardan atəşə tutulması faktını təsdiq edən foto materialları KİV-ə təqdim edir", - nazirlikdən bildirilib.
Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed