Şrift:
Arxivlərdə AMEA prezidentinin babasının dini maarifçilik fəaliyyəti haqqında maraqlı materiallar tapıldı
13.06.2019 [11:11] - Gündəm, DAVAMın yazıları
Məşhur adamların həyatı həmişə maraq doğurur.
Bu cəhətdən Azərbaycan Milli Elmlər Akademiyasının 85 yaşlı prezidenti Akif Əlizadə haqqında verilən xəbərlərin içində nəsil şəcərəsinə aid məlumatların birində onun babasının uzun müddət dini vəzifədə çalışmasl diqqəti cəlb edir.
Akademik Akif Əlizadənin babası Bakı Quberniyası Şiə Məclisinin sədri Axund Molla Cavad Ağa Əlizadə dövrünün mötəbər insanlarından biri olub..

Axund Molla Cavad Ağa Əlizadə haqqında yazı hazırlamaq fikrinə düşdüm.
Bu,6-7 ilin söhbətidir.

Arxivlərdən dini maarifçilər haqqında topladığım materialları axtarıb tapdım.Oxucularda maraq doğuracaq fikirlərimi onlarla bölüşmıək qərarına gəldim.

Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 290 nömrəli fondundakı 2266 nömrəli işi vərəqləyirəm. Rusca yazılmış bu sənədlər toplusu belə adlanır:


Формулярый список о службе Председателя Бакинского Губернского Шиитского Меджлиса Ахунд Молла Джавада Молла Ага Ализаде

(Bakı Quberniyası Şiə Məclisinin sədri Axund Molla Cavad Molla Ağa Əlizadənin xidməti iş siyahısı-N.N) .

Sənədlər 1901-ci il martın 17-də tərtib olunmuşdur.Sənədlərdən məlum olur ki, onun-- Axund Molla Cavad Molla Ağa Əlizadənin 69 yaşı var.(Deməli, 1832-ci ildə anadan olub-N.N.).İllik əmək haqqı 550 rubldur. Stanislav lentindən asılan gümüş medalla təltif olunub. ( Nəticənin-akademik Akif Əlizadənin də gümüş medalı var : o, orta məktəbi gümüş medalla bitirimişdir-N.N.).

Maraqlıdır ki,bu yazının müəllifi-bəndəniz də orta məktəbi gümüş medalla bitirmişdir.


Molla Cavad Ağa Əlizadə ruhani ailəsindəndir. Sənədlərdə yazıldəğına görə, onun Pirşağıda üzüm bağları və əkin sahələri var imiş.


Ağa Əizadə xüsusi təhsil almayıb: atası onun ev təhsili alması ilə kifayətlənib.Görünür, Ağa Əlizadənin Bakıda aldığı təhsil çox səmərəli olub;

Ağa Əlizadə Zaqafqaziya şeyxülislamının 14 avqust 1865-ci il tarixli 209 nömrəli əmri ilə Bakı Şəriət Məhkəməsinin üzvü təyin olunub. Cəmi 8 aydan sonra Bakı qubernatorunun 9 aprel 1866-cı il tarixli 154 nömrəli əmri ilə o, Bakı Quberniya Şiə Məclisinə üzv vəzifəsinə təyin olunmuşdur.

Axund Hacı Molla Cavad Molla Ağa Əlizadə 8 avqust 1873 -cü ildə Bakı Qubernatorunun 1160 nömrəli əmri ilə Bakı Quberniya Şiə Mclisinə sədr təyin olunmuşdur.12 sentyabr 1894 -cü ildə Məclis sədri Rusiya Dövləti İmperatorunun 5111 nömrəli əmri ilə Fəxri Vətəndaş adına layiq görülmüşdür.

Axund Ağa Əlizadə 1895 - ci ilin dekabrında "Çalışqanlığına görə" (Bunu "Səylərinə görə" də tərcümə edirlər. Məncə, " За усердие"ni "Çalışqanlığına görə" tərcümə etmək daha düzgündür-N.N.).


Axund Molla Cavad Molla Ağa Əlizadə Bakı sakini Bibixanım Məşədi Məhəmməd Hüseyn qızı ilə ailə həyatı qurmuşdur. Qızı Zəhra 1866-cı il dekabrın 2-də, Xırdaxanim 1867- ci il dekabrın 30-da anadan olmuşdur.


Böyük oğlu Zeynalabdin (O həm də MOLLA AĞAdır) 1871-ci il oktyabrın 22-də anadan olmuşdur. İkinci oğlu Nəsrulla 1874-cü il yanvarın 28-də, üçüncü oğlu Fətulla 1878-ci il martın 6-da, dördüncü oğlu Əsədulla 1883-cü il dekabrın 3-də anadan olmuşdur.


Axund Molla Cavad Molla Ağa Əlizadənin oğlanlarından biri - 1871-ci il oktyabrın 22-də anadan olan Zeynalabdin ( Molla Ağa ) əvvəlcə Bağdadda ali dini təhsil almış, sonra Nəcəf şəhərində oxumuşdur. O,1903-cü ildə Təzəpir məscidinə axund təyin edilmiş, 1904- cü ildən isə Ruhani İdarəsinin üzvü kimi fəaliyyət göstərmişdir.

Axund Ağa Əlizadə 1907-ci ildə "Səadət" Məktəbinin açılmasında fəal iştirak etmişdir. O, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin dini etiqad və sosial təminat naziri Musa Rəfibəyovun əmri ilə Şeyxülislam təyin edilir.

Axund Ağa Əlizadə 1920-ci il mayın 12-nə kimi Şeyxülislam vəzifəsində çalışır. 1920-ci ildə Ruhani İdarəsi ləğv edilir, onun fəaliyyətinə xitam verilir. 1943-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Ruhani İdarəsi bərpa edilir. 1944-cü il mayın 28-də Axund Ağa Əlizadə yenidən Qafqaz şeyxülislamı seçilir.

Axund Ağa Əlizadə 1954-cü ilin dekabrında 84 yaşında Bakıda vəfat etmişdir.

***


Maraqlıdır ki,Axund Molla Cavad Molla Ağa Əlizadə bir sıra ziyalıların ibtidai məktblərdə müəllim işləmək məqsədil Şiə İdarəsində təşkil edilən imtahan komissiyalarında fəal din xadimlərindən biri olmuşdur.
Görkəmli şairimiz M.Ə.Sabirin prixod mollasl və müəlimlik attestatıimtahanının protokolunu imzalayanlardan biri də məhz AMEA prezidentinin babası olmuşdur.


Mənə elə gəlir ki, maarifçilik və dini maarifçilik tariximizi yaxşı işıqlandırmaq üçün uzun illər boyu fəaliyyətləri ictimai fikir tariximizin qaranlıq və kölgəli yerlərində qalan miili qeyrətli ziyalilarımızın həyat və yaradicılqları hərtərəfli öyrənilməlidir.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq



26.04.2013-cü il-13.06.2019.
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed