Şrift:
Müharibə zonalarında yaşayan hər beş insandan birində əqli xəstəliklər müşahidə edilir
13.06.2019 [11:30] - Sağlıq
Müharibə zonalarında yaşayan hər beş insandan birində depressiya, nigarançılıq, travmalar sonrası stress və hətta şizofreniya müşahidə edilir. Bir çoxları isə əqli xəstəliklərin dərin formalarına malikdir.

Araşdırmalar Əfqanıstan, İraq, Cənubi Sudan, Suriya və Yəmən kimi uzunmüddətli böhranlar yaşayan ölkələrdə aparılıb.

BMT-nin Səhiyyə Agentliyi bildirir ki, bu kimi psixoloji vəziyyət müharibədən əvvəlki dövrlə müqayisədə olduqca yüksəkdir. O zamanlar hər 14 adamdan birində bu xəstəliklər maşahidə edilirdi.

Ümumdünya Səhiyyə Təşkilatından aradırma komandasının rəhbəri Mark Van Ommerenin dediyinə görə, bu insanların təcili və davamlı investisiyalara, münaqişə zonalarında yaşayanların psixoloji dəstəyə ehtiyacı var.

2016-cı ildə davam edən silahlı münaqişələrin sayı 37 ölkədə 53-ə çatıb. Bu isə dünya əhalisinin 12 faizinin müharibə zonasında yaşadığı deməkdir.

II Dünya Müharibəsindən sonra 69 milyon insan müharibələr və zorakılıqlara görə məcburi köçkünə çevrilib.

Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarında Avstraliyanın Kvinland Universiteti, Sağlamlıq Metrikləri və Evolyusiya İnstitutu və Harvard Universitetinin ailəmləri iştirak edib.

Araşdırma komandası 1980 və 2017-ci il ərzində 39 ölkədə aparılan tədqiqatları nəzərdən keçirib.

Son on il müddətində münaqişə yaşanan ölkələrdə əqli xəstəliklər zəif, orta və ağır kimi dəyərləndirilib.

Müharibə zonalarında yaşayanların 13 faizində zəif, 4 faizində orta, 5 faizində isə əqli durumun ağır forması qeydə alınıb.

Araşdırmalar müəyyən edib ki, depressiya və niganrançılıq daha çox yaşlılarda, depressiya kişilərdən çox qadınlarda müşahidə edilir.

Araşdırmalar Klivlend Səhiyyə Nazirliyi, Bill və Belinda Qeyts Fondu, habelə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən maliyyələşdirilib.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed