Şrift:
Kürddilli millət vəkili “Sulduz” sözünün işlədilməsindən qəzəblənib
13.06.2019 [11:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan Əyalətinin Sulduz və Üşnəviyyə şəhərlərinin kürddilli millət vəkili Əbdulkərim Hüseynzadə “Sulduz” sözünün işlədilməsindən qəzəblənərək bu kələmənin ixtilafa səbəb olduğunu bildirib.

Sözdə millət vəkili “Sulduz” (Nəqədehin qədim adı) sözünün türk əhalisi tərəfindən işlədilməsini sərt tənqid edərək belə məsələlərin bugünkü dünyada heç bir dəyəri olmadığını bildirib.

Millət vəkili çıxışında əsəbi vəziyyətdə soruşub ki, “biz nə üçün Sulduz sözünə bu qədər təkid edirik?”



Sözdə müasir dildə danışan millət vəkilinin sözləri Azərbaycanı kürdləşdirmək məqsədi ilə məntəqəyə köç edən və bu istiqamətdə terror kimi bir çox fəsadlar törədən radikal kürdlərin əməli ilə uyğun gəlmir. Millət vəkli bu günə qədər radikal kürdləri pisləyən heç bir açıqlama verməyib.

2017-ci ildə mühacir kürdlər Şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan orqanlardakı əlaltıları ilə Balıqçı kəndində “Yeddi göz” məntəqəsinə bir lövhə quraşdıraraq onun türkcə olan adını fars və kürd sözləri ilə dəyişdirdilər. Lakin azərbaycanlıların kəskin etirazı nəticəsində bir müddət sonra lövhə ərazidən götürüldü.
Son iki il ərzində Mahabadın (Soyuq bulaq) İran parlamentindəki millət vəkili Calal Mahmudzadə ölkənin inzibati ərazi bölgüsü mərkəzinə bir neçə məktub yazaraq “Göy təpə” adının fars və ya kürd sözü ilə dəyişdirilməsini tələb edib.

Qərbi Azərbaycan əyalətində bütün coğrafi adlar türk dilindədir. Bölgənin kürdləşdirilməsinə çalışan kürd terror qruplaşmaları və digər radikal qüvvələr həmin adları dəyişdirməyə çalışır. Kürdləşdirmə prosesi İran rejimi tərəfindən də dəstəkləndiyi üçün radikal kürd ailələrinin Qərbi Azərbaycanın şəhər və kəndlərinə köçməsi daha da sürətlənib. Bütün bunlar bölgədə demoqrafik tərkibi dəyişdirməyə yönəlib.
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed