Şrift:
ABŞ Masaçusets Universitetinin professoru Nazim Məmmədov “Azərbaycan üçün yeni perspektivli alternativ dərman bitkiləri” adlı seminar keçirmişdir.
14.06.2019 [09:12] - Gündəm, DAVAMın yazıları
13 iyun 2019- cu il tarixində AMEA Dendrologiya İnstitutunda ABŞ Masaçusets Universitetinin professoru Nazim Məmmədov “Azərbaycan üçün yeni perspektivli alternativ dərman bitkiləri” adlı seminar keçirmişdir.
Seminarda ABŞ Masaçusets Universitetinin professoru Nazim Məmmədov  müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında istifadə olunan dərman bitkiləri haqqında geniş məruzə etmişdir. Professor dərman bitkilərinin müalicəvi xassəsi, onların tərkibindəki fizioloji təsiredici fəal maddələrin (alkaloidlər, qlikoidlər, flavonoidlər, vitaminlər, aşı maddələri, kumarinlər, efir yağları və bir sıra turşular, mikroelementlər, fermentlər) olması ilə əlaqədardır.
Tədbiri giriş sözü Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov açmışdır. O,  gələcəkdə Massachusetts Universiteti ilə birgə əməkdaşlıq nəticəsində mühüm nəticələr əldə edilməsinin zəruriliyini bildirdi.
 Professor Nazim Məmmədov Dendrologiya İnstitutunun müasir vəziyyətini və əməkdaşlıq prespektivlərini yüksək qiymətləndirərək, təşkilatlararası təcrübə mübadiləsinin yaradılmasının vacibliyini vurğuladı.
İnstitut əməkdaşlarının iştirakı ilə alimin apardığı tədqiqat işlərinin nəticəsinə dair “Azərbaycan üçün yeni perspektivli alternativ dərman bitkiləri” adlı seminarda   müqayisəli olaraq Azərbaycan və Amerika florasında yayılmış qiymətli dərman və efir yağlı bitki növlərindən bioloji fəal maddələrin alınması, onların yeyinti və kosmetika, həmçinin farmakologiyada tətbiqi sahəsində aparılmış elmi-tədqiqat işləri haqqında məlumat vermişdir. İnstitut əməkdaşların aparıdığı elmi işlər alimin marağına səbəb olmuşdur.
Görüşdə Massachusetts Universiteti ilə AMEA-nın Dendrologiya institutu arasında elmi əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonda qonaq AMEA Dendrologiya İnstitutunda müasir avadanlıqlarla təhciz olunmuş laboratoriyalar,endemik və dərman əhəmiyyətli bitkilərlə zəngin olan Herbari Fondu ilə yaxından tanış olaraq, fondda saxlanılan yerli və xarici floraya məxsus herbari nümunələrinin toplanılması, hazırlanması, onların saxlanılma şəraiti və aparılan müasir istiqamətli tədqiqat işləri ilə yaxından tanış olmuşdur.


AMEA Dendrologiya İnstitunun məlumatı
Əlaqə:
(012) 454 - 10 -50
(077) 424- 01- 85
arazli.tunzale@mail.ru
dendrologiya.az


Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed