Şrift:
Avropa İttifaqı Qarabağ münaqişəsinin həlli üzrə təşəbbüsləri dəstəkləməyə hazırdır
14.06.2019 [11:07] - Gündəm, Siyasət
Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışları üzrə konkret təşəbbüsləri dəstəkləməyə hazırdır.
Bu barədə Brüsseldə keçirilən Aİ - Ermənistan Tərəfdaşlıq Şurasının yekunlarına dair bəyanatda qeyd olunub.
"Şura regional və beynəlxalq məsələləri müzakirə edib. Aİ ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini dəstəklədiyini təsdiqləyib. Aİ münaqişənin aradan qaldırılması və xalqların sülhə hazırlaşmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır", - deyə görüşün yekunları üzrə razılaşdırılmış bəyanatda bildirilib.
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed