Şrift:
Bakıda yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
14.06.2019 [11:31] - İdman
İyunun 14-15-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçiriləcək turnirdə qızlar və oğlanlar iştirak edəcəklər.

AAF-dan bildiriblər ki, çempionatda 80-dək atlet birincilik uğrunda mübarizə aparacaq. Atletlər qaçışın 7 (100, 200, 400, 800, 1500, 3000, 4x200 metr, estafet) növü üzrə məharətlərini göstərəcəklər. Bundan başqa, idmançılar uzunluğa, hündürlüyə, üçtəkanlı tullanma, nüvəitələmə, nizəatma və lövhəatma yarışlarında da mübarizə aparacaqlar.
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed