Şrift:
Xarici voleybolçuların Təbrizdə kürd və erməni dilində qarşılanması azərbaycanlıların kəskin etirazına səbəb olub
14.06.2019 [11:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dünya millətləri voleybol liqası üçün Güney Azərbaycana gələn xarici voleybolçular Təbrizin hava limanında kürd və erməni dillərində qarşılanıb. Bu məsələ güney azərbaycanlıların kəskin etirazına səbəb olub.

Cümə günü voleybol paytaxtı Urmiyədə keçiriləcək yarışlara qatılmaq üçün Kanada, Polşa (Ləhistan) və Rusiya komandaları Təbrizin hava limanına gəlib, onlar sonra Urmiyəyə yollanıb.

Məlumata görə, xarici idmançılar Təbrizin hava limanında kürd və erməni dilində danışan uşaqlar tərəfindən qarşılanıb. Şübhəsiz ki, Azərbaycanın milli və tarixi kimliyini təhrif etmək məqsədi ilə qarşılama mərasiminə türk dilində danışan uşaqlar seçilməyib.

Kürd terror qruplaşmaları və radikal kürdlərin mövqeyini Qərbi Azərbaycan Əyalətində gücləndirmək üçün müxtəlif üsullardan istifadə olunur. İran rejiminin bölgənin kürdləşdirmə prosesinə yaşıl işıq yandırması Qərbi Azərbaycan Əyalətinə göz tikən qüvvələri daha da cəsarətləndirib, onlar bölgədə vaxtaşırı terror aktları törətməkdən belə çəkinmir.

N.S
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed