Şrift:
Hökumət rəsmiləri beynəlxalq voleybol yarışlarında milli şüarların səsləndirilməsinə mane olmağa çalışır – Urmiyədə
14.06.2019 [11:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hökumət rəsmiləri Urmiyədə keçirilən dünya millətləri voleybol liqası yarışlarında azərbaycanlıların milli şüarlar səsləndirməsinə mane olmağa çalışır.

Kanada, Polşa (Ləhistan), Rusiya və İran komandalarının iştirakı ilə keçirilən yarışlar Urmiyənin 6 min nəfərlik “Durnalar yuvası” stadionunda iyunun 14-dən 16-dək davam edəcək.

Yenə də Qərbi Azərbaycana sırınmış yerli olmayan kürddili vali Məhəmməd Mehdi Şəhriyari öz əlaltıları birlikdə azərbaycanlıların milli şüarlar səsləndirməsinə mane olmağa çalışır.

Bu barədə Qərbi Azərbaycan Gənclər və idman İdarəsinin Səqqiz şəhərindən olan kürddili rəisi Abdulla Çəməngülü xəbərdarlıq da edib. O bildirib ki, stadionda İran bayrağından başqa heç bir bayraq qaldırılmayacaq, federasiyanın nəzarəti ilə səsləndirilən şüarlar isə bir mənalı olaraq İran komandasını təşviq etməyə yönələcək.

Bundan əlavə, ötən günlərdə yarışlara tamaşaçı qismində qatılacaq türk gənclərin sayını azaltmaq məqsədi ilə internetdə bilet satışında problem yaradıldı. Azərbaycanlı gənclər bilet tapa bilmədikləri bir halda Abdulla Çəməngülü Urmiyə idarələrinə məktub göndərərək onları yarışları izləmək üçün stadiona dəvət edib.

Bu arada Urmiyənin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur “Yaşasın Azərbaycan” şüarının səsləndirilməsinin qarşısını almaq istəyənlərə öz etirazını bildirib. “Bəzilərini belə bir təşəbbüs irəli sürməsi təəccüblüdür. “Yaşasın Azərbaycan” bu bölgədə çox köklü və tarixi bir şüardır. Onun Azərbaycandan başqa heç bir qrupla əlaqəsi yoxdur. İnşallah cümə, şənbə və bazar günü “Durnalar yuvası”nda “Yaşasın Azərbaycan” şüarı səsləndirəcəyik.”- deyə o vurğulayıb.

Bir çox azərbaycanlı milli fəal da bu məsələyə kəskin reaksiya verib. Milli şüarların səsləndiriləcəyinə təkid edən fəallar yerli olmayan anti-türk məsulların ssenarisini pozmaq üçün aşağıdakı şüarların dilə gətirilməsini təklif ediblər:
- Yaşasın Azərbaycan
- Azərbaycan var olsun – istəməyən kor olsun
- Nə mutlu türküm deyənə
- Azərbaycan bir kəlam – Şəhriyari getsin vəssalam
- Dağlar başı dumandı – Bura Azərbaycandır
- Azərbaycan var olsun – Lisani azad olsun

N.S
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed