Şrift:
Tehran məhkəməsi türk fəalın həbs və məhrumiyyət cəzasını qüvvədə saxlayıb
14.06.2019 [12:00] - Güney Azərbaycan xəbərləri
Tehran vilayət məhkəməsi türk fəal Cəfər Rüstəmi-Radın apellyasiya şikayətini rədd edərək, daha əvvəl çıxarılan 6 ay həbs və ictimai-siyasi fəaliyyətlərdən məhrumiyyət cəzasını qüvvədə saxlayıb.

Cəfər Rüstəmi-Rad 6 ay həbs və əlavə olaraq naməlum müddətə qədər ictima-siyasi fəaliyyətlər və media fəaliyyətindən məhrumiyyət cəzasına məkum edilib.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsində hakim Əhməd Zərgər siyasi fəalın kassasiya şikayətinə baxıb.

Tehran İnqilab Məhkəməsi Rüstəmi-Radı keçən ilin dekabr ayında “İran İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti” göstərməkdə günahlandıraraq, 6 ay həbs və əlavə olaraq naməlum müddətə qədər ictima-siyasi fəaliyyətlər və media fəaliyyətindən məhrumiyyət cəzasına məkum etmişdi.

Apellyasiya Məhkəməsi ilkin məhkəmənin hökmünü qüvvədə saxlayıb.

Cəfər Rüstəmi-Rad keçən ilin iyul ayında İran Azərbaycanında keçirilən ənənəvi Babək Qalası yürüşü ilə əlaqədar nəzarət altına alınmışdı.
Bu xəbər oxucular tərəfindən 392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed