Şrift:
Mustafa Dənizli “Traxtur” komandasının baş məşqçisi oldu
14.06.2019 [12:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkiyədən olan məşhur baş məşqçi Mustafa Dənizli 19-cu super liqa yarışlarında Təbrizin “Traxtur” futbol komandasını çalışdıracaq.

Müqavilə iyunun 13-də “Traxtur”un Türkiyədəki ofisində klubun sahibi Məhəmmədrza Zenuzi, icraçı direktoru Qulamrza Sadiqiyan və Mustafa Dənizli arasında imzalanıb.

“Traxtur” klubunun açıqlamasına görə, müqavilənin müddəti bir ildir, lakin 19-cu super liqa yarışları başa çatdıqdan sonra tərəflər arasında razılıqdan asılı olaraq bu müddət uzadıla bilər.

Bəzi Türkiyə saytları müqavilənin 5 illik olduğunu yazıb. Lakin klub tərəfindən açıqlanan məlumat bu xəbəri təsdiq etmir.

Bununlada Corc Likenzlə müqaviləni ləğv edildikdən sonra Güney Azərbaycan klubunda yaşanan qeyri-müəyyən vəziyyət başa çatdı, artıq klub güclü oyunçular cəlb etməyə başlaya biləcək.

Yeni baş məşqçinin iyunun 17-də Təbrizə gələcəyi gözlənilir.

Mustafa Dənizli “Traxtur” komandasının xarici vətəndaş olan 9-cu baş məşqçisidir. O Ərtoğrul Sağlamdan sonra “Traxtur”la müqavilə bağlayan ikinci türkiyəli mütəxəssisdir.

70 yaşlı Mustafa Dənizli son olaraq ölkəsində “Kasımpaşa” klubunda çalışıb. O bundan əvvəl Türkiyənin milli komandası, “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça”, Azərbaycanın “Xəzər Lənkəran” və İranın “Perspolis” və “Tehran Pas” komandalarını çalışdırıb.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed