Şrift:
Qazaxıstanın yeni prezidenti aksiyaları məhdudlaşdırır:"İcazəsiz mitinqlər iğtişaşlara çevrilir"
17.06.2019 [12:45] - Xəbərlər, Siyasət, Türk dünyası-Turan
“Qazaxıstanda “Sərbəst toplaşmaq haqqında” qanun yenidən hazırlanır. Bu sənəd çərçivəsində qanunsuz yığıncaqların qarşısı alınacaq”.

Bu sözləri Qazaxıstan prezidenti Qasım-Comart Tokayev bildirib.

“Təbii ki, bütün qanunsuz aksiyaların qarşısı alınacaq. Baş Prokurorluq da bu cür küçə aksiyalarının qanunsuz olduğunu dəfələrlə bildirib. İcazəsiz mitinqlər iğtişaşlara çevrilir, bu aksiyalarda iştirak etmək istəməyən insanlara maneələr yaradır. Yeni qanuna görə, nümayişə çıxıb öz fikirlərini ifadə etmək istəyənlər müvafiq orqanlara müraciət edəcəklər. Onlara toplaşmaq üçün xüsusi yerlər ayrılacaq”, - deyə dövlət başçısı qeyd edib.
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed