Şrift:
İranda təqaüdçülər Milli Məclisin qabağında etiraz aksiyası keçiriblər
19.06.2019 [10:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda təqaüdçülər ağır həyat şəraiti və tələblərinə baxılmamasına görə, Milli Məclisin qarşısında etiraz aksiyası keçiriblər.

Bu gün keçirilən etiraz aksiyası zamanı təqaüdçülər yarıtmaz dövlət idarəçiliyi əleyhinə şüarlar səsləndirib, öz tələblərinin yerinə yetirilməsini və təqaüdlərin artırılmasını istəyiblər.

Qeyd etmək lazımdır ki, ötən aylar ərzində də İranda təqaüdçülər dəfələrlə eyni səbəbdən etiraz aksiyaları keçiriblər. Lakin onların tələbləri həyata keçirilməyib.
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed